Yuxarı
    Bağlamaq

    Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq

    Artıq Təhsil Nazirliyininin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib

    Bakı. 25 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq. "Report"un xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, Təhsil Komissiyasında da baxılıb. Artıq Təhsil Nazirliyinin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib. Onun sözlərinə görə, üçüncü fənn “Xarici dil” fənni olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi