Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq

Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq Artıq Təhsil Nazirliyininin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib
Elm və təhsil
25 Noyabr , 2014 12:24
Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq. "Report"un xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, Təhsil Komissiyasında da baxılıb. Artıq Təhsil Nazirliyinin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib. Onun sözlərinə görə, üçüncü fənn “Xarici dil” fənni olacaq.

Son xəbərlər

Orphus sistemi