Fransanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Fransanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub Səfir bildirib ki, IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının yaxşı perspektivləri var
Elm və təhsil
19 Aprel , 2017 11:06
Fransanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Bakı. 19 aprel. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb.

Ali Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, görüş zamanı BANM haqqında geniş məlumat verən E.Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

Rektor qeyd edib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir: “2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə əməkdaşlıq protokolu imzalayıb və bu, Fransa və Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir. Ali Məktəbin “Total” şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığı var”.

Səfir Aureliya Buşez region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gələcəkdə mühüm yer tutacağını vurğulayıb. O, BANM-lə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafından bəhs edərək hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub.

Səfir bildirib ki, IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının yaxşı perspektivləri var. 

Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi və elmi-tədqiqatlar sahəsində əlaqələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi