​Fransada XX əsrin görkəmli riyaziyyatçısı vəfat edib

​Fransada XX əsrin görkəmli riyaziyyatçısı vəfat edib Aleksandr Qrotendik 87 yaşında dünyasını dəyişib
Elm və təhsil
15 Noyabr , 2014 02:28
​Fransada XX əsrin görkəmli riyaziyyatçısı vəfat edib

Bakı. 15 noyabr. REPORT.AZ/ XX əsrin görkəmli fransalı riyaziyyatçısı Aleksandr Qrotendik 87 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, alim cəbr həndəsəsinə verdiyi inqilabi töhfələr, həmçinin ədədlər və dərəcələr nəzəriyyələri, o cümlədən homoloji cəbr üzrə əldə etdiyi mühüm nailiyyətləri ilə məşhurdur.

Qrotendik Sen-Jiron şəhər xəstəxanasında vəfat edib. Riyaziyyatçı ora 1990-cı ilin əvvəllərində köçüb və qapalı həyat tərzi sürüb.

Qrotendik Almaniyada, yəhudi ailəsində dünyaya gəlib. Onun əslən rusiyalı olan atası, 1942-ci ildə nasist düşərgəsində vəfat edib.

Gənc oğlan mühəribədən sonra Monpelyedə universiteti bitirib, daha sonra Parisə köçüb və burada Nikolya Burbaki təxəllüsü ilə fəaliyyət göstərən əfsanəvi riyaziyyatçılar qrupuna daxil olub.

Son xəbərlər

Orphus sistemi