Yuxarı
    Bağlamaq

    ​Fransa səfiri Azərbaycanın təhsil sahəsinin dörd nümayəndəsini ordenlə təltif edib

    Onlar Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif olunublar

    Bakı. 12 mart. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın təhsil sahəsinin dörd nümayəndəsini Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edib. Bu barədə “Report”a səfirliyin mətbuat xidmətindən məlumat verilib. Təltif olunanlar Əli Allahverdiyev (Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının direktoru), Gülbəniz Camalova Allahverdiyeva (Azərbaycan Dillər Universitetin dosenti və Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru), Sara Xanlarova, 132-134 saylı təhsil kompleksinin direktoru, Qüdrət Muradovdur (Kiş kəndinin 1 saylı orta məktəbinin fransız dili müəllimi).

    “Bu ordenin təltifi ilə Fransa Respublikası onların Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək onlara ehtiram göstərir”, - səfirliyin açıqlamasında bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi