Bakı. 12 mart. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın təhsil sahəsinin dörd nümayəndəsini Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edib. Bu barədə “Report”a səfirliyin mətbuat xidmətindən məlumat verilib. Təltif olunanlar Əli Allahverdiyev (Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının direktoru), Gülbəniz Camalova Allahverdiyeva (Azərbaycan Dillər Universitetin dosenti və Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru), Sara Xanlarova, 132-134 saylı təhsil kompleksinin direktoru, Qüdrət Muradovdur (Kiş kəndinin 1 saylı orta məktəbinin fransız dili müəllimi).
“Bu ordenin təltifi ilə Fransa Respublikası onların Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək onlara ehtiram göstərir”, - səfirliyin açıqlamasında bildirilib.