Yuxarı

Fələstinin Azərbaycandaki səfiri Mərkəzi Elmi Kitabxanada olub

Şərq elmi, mədəniyyəti və tarixi haqqında məlumatlar Şərq ölkələrinin özlərinin dili ilə çatdırılmalıdır”

Bakı. 6 May. REPORT.AZ/ Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

"Report"un xəbərinə görə, MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova görüşün ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Ə.Kərim iki ölkənin münasibətlərindən danışan səfir Azərbaycanın Fələstini dövlət kimi ilk tanıyan ölkələrdən biri olduğunu, Fələstin məsələsində hər zaman onun mövqeyini dəstəklədiyini bildirib. Eyni zamanda Azərbaycanla Fələsin arasında fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Siyasi münasibətlərimizin yaxşı səviyyədə davam edəcəyinə, xalqlarımız arasında münasibətlərin genişlənəcəyinə və daha da irəli gedəcəyinə ümidvar olduğunu söyləyib. Diplomat Fələstində baş verən siyasi hadisələrin ölkəsinin elminə, təhsilinə və mədəniyyətinə təsirsiz ötüşmədiyini bildirib. Bu məqsədlə Azərbaycanın müasir elmi mərkəzləri və ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsində və onların təcrübəsindən yararlanmaqda fayda olduğunu vurğulayıb: “Arzu olunan haldır ki, bütün şərq ölkələrinin müasir kitabxanaları arasında vahid kordinasiya qurulsun, vahid dildə məlumat bazası yaradılsın. Şərq elmi, mədəniyyəti və tarixi haqqında məlumatlar dünyaya Qərbin təqdim etdiyi kimi deyil, Şərq ölkələrinin özlərinin dili ilə çatdırılsın”.

L.İmanova MEK-də Fələstin tarixi, elm və mədəniyyətini əks etdirən guşənin hazırlanmsı məqsədilə səfirliklə birgə işin təşkil edilməsi, o cümlədən gələcəkdə əməkdaşlıq memorandumuna daxil edilməsi vacib hesab olunan fəaliyyətlər və sözügedən sənədin imzalanması barədə təkliflər səsləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi