Yuxarı
    Bağlamaq

    ​Hüseyn Cavidin Ev Muzeyində 20 Yanvar faciəsi anılıb

    Tədbir qısametrajlı “Qanlı Yanvar” filminin nümayişi ilə başa çatıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Qanlı yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Hüseyn Cavidin Ev Muzeyində “Azadlıq Salnaməsi” adlı anım tədbiri keçirilib. "Report" xəbər verir ki, tədbir 20 yanvar şəhidlərinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

    Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Azərbaycan xalqının 20 yanvar günü göstərdiyi şücaətdən, əliyalın əhalinin tank tırtılları qarşısında aciz qalmasından, vətəndaşlarımıza qarşı göstərilən qanlı cinayətdən danışıb. Bu günün Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığını qeyd edən G. Babaxanlı xatırladıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və millətimizə qarşı törədilən ağır cinayətə öz kəskin etirazını bildirib.

    Daha sonra muzey əməkdaşları sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terroru qınayıblar. Qeyd edilib ki, 20 yanvar tariximizin Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə - qəhrəmanlıq səhifəsi kimi daxil olub. Məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub. Azərbaycan gənci xalqın başına gətirilən müsibətləri daima yadda saxlamalı, torpaqların işğaldan azad edilməsi üçün dövlət başçısının apardığı siyasəti dəstəkləməli və Vətən üçün sipər olmalıdır.

    Sonda tədbir qısametrajlı “Qanlı Yanvar” filminin nümayişi ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi