Yuxarı
    Bağlamaq

    Elmar Qasımov BANM-in Prezident təqaüdçüləri ilə görüşüb

    Builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüşüb. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinə daxil olmağın hər bir tələbə üçün daim yeni üfüqlər açdığını, onlara həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni-yeni uğurlar əldə etməyə zəmin yaratdığını xatırladıb. 

    Prezident təqaüdünə layiq görülən tələbələrin bu uğurunda orta təhsil pilləsində oxuduqları məktəb, lisey və gimnaziyaların da müsbət rol oynadığını bildirən rektor burada həmin təhsil müəssisələrinin rəhbərlərinin, o cümlədən müəllimlərinin də zəhmətinin olduğunu vurğulayıb: "Tələbələrin hər bir nailiyyəti Ali Məktəbin uğurudur və Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsi alması qürurverici və mühüm hadisədir". 

    Xatırladaq ki, 2015/2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri "Neft-qaz mühəndisliyi", beş nəfər tələbə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", üç nəfəri isə "Kimya mühəndisliyi" ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi