Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
Elm və təhsil
12 Oktyabr , 2019 14:29
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan saat 10:00-da DİM-in Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında təşkil olunub. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 180 nəfərdən 53 nəfəri imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 58 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi