Yuxarı

Yer kürəsinə bənzəyən planet tapılıb

Kainatda ikinci Dünya tapmağa bir addım daha yaxınlaşmışıq

Bakı. 24 iyul. REPORT.AZ/ NASA yer kürəsinə bənzəyən planet tapdığını açıqlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, planet yer kürəsindən 1400 işıq ili uzaqlığındakı ulduzda aşkar olunub.

NASA-nın Vaşinqtondakı mərkəzində keçirilən mətbuat konfransında bildirilib ki, Kepler-452b adı verilən planet 2009-cu ildə kosmosa göndərilən Kepler teleskopu ilə kəşf edilib.

NASA-nın əsas rəsmilərindən olan Con Qrunsfeld iclasda çıxışı zamanı deyib ki, insanların kainatdakı digər günəşlərin çevrəsində də planetlər olduğunu kəşf etməsinin 20-ci ildönümündə Kepler teleskopu eynilə Günəş və Dünyaya bənzəyən bir ulduzda planet tapıb: "Əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, kainatda ikinci Dünya tapmağa bir addım daha yaxınlaşmışıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi