Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb

Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb "World Reputation Ranking-2016"da Azərbaycan universitetlərindən heç birinin adı yoxdur
Elm və təhsil
5 May , 2016 09:01
Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini - "World Reputation Ranking-2016"nı açıqlayıb. "Report" xəbər verir ki, siyahıya dünyanın müxtəlif guşələrindən 100 universitetin adı daxil edilib.

Ötən il olduğu kimi, birinci yeri Harvard universiteti (ABŞ) tutub. İkinci pillədə Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yerdə Stenford universiteti (ABŞ) qərarlaşıb. Siyahıda dördüncü və beşinci yerləri Böyük Britaniyanın Kembric və Oksford universitetləri tutub.

"World Reputation Ranking-2016"da Azərbaycan universitetlərindən heç birinin adı yoxdur.

Son xəbərlər

Orphus sistemi