Yuxarı

​Dünyanın 150 ölkəsindən alimlər Gəncədə bir araya gələcək

XIX-XX əsrlərdə Azərbaycan, Qafqaz və çevrəsi adlı beynəlxalq simpozium keçiriləcək

Bakı. 19 avqust. REPORT.AZ/ Oktyabrın 13-16-da Azərbaycanın Gəncə şəhərində AMEA A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyənin Atatürk Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "XIX-XX əsrlərdə Azərbaycan, Qafqaz və çevrəsi" adlı beynəlxalq simpozium keçiriləcək. Bu barədə "Report"a AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. 

Onun sözlərinə görə, konfransa dünyanın 150 ölkəsindən nümayəndələr dəvət olunub: "Yaponiya, Hindistan, Mərkəzi Asiya respublikaları, Çin, digər tərəfdən, ABŞ, Avropa ölkələri, Rusiya da iştirak edəcək. Artıq hazırlıq işlərinə başlanılıb. Həm Azərbaycan, həm də Türkiyə dövlətinin dəstəyi ilə keçirilən tədbirdə problemlərimiz qoyulacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı dünya alimlərinin dünya ölkələrinə müraciəti gözlənilir". 

Y.Mahmudov əlavə edib ki, konfransın Avropa ölkələrindən birində keçirilməsi planlaşdırılsa da, Azərbaycanın təklifi ilə Türkiyə tərəfi konfransın Gəncədə keçirilməsini qərara alıb: "Artıq sentyabrın əvvəllərində ilk hazırlıq tədbirlərinə başlanılacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi