Yuxarı
    Bağlamaq

    Dövlət Pedaqoji Kollecinə direktor, təhsil nazirinə yeni müşavir təyin olunub

    Yeni direktor təhsil müəssisəsinin kollektivinə təqdim edilib

    Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunan Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

    Təhsil nazirinin müavini Ceyhun Bayramov Q.Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. C.Bayramov bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan təhsil sistemindəki özünəməxsus yeri və zəngin inkişaf tarixi bu tədris ocağının daha böyük uğurlara imza atacağını söyləməyə imkan verir.

    Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov ona göstərilən etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

    Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva isə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi