Yuxarı

Dilçilik İnstitutunun direktoru Orfoqrafiya Normalarının təsdiqlənməsi ilə bağlı abituriyentlərə müraciət edib

Dilçilik İnstitutunun direktoru Orfoqrafiya Normalarının təsdiqlən

"Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən builki imtahanlara aid olmayacaq"

“Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq”.

Bunu “Report”a AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, yeni normalarda öz əksini tapan sözlər Azərbaycan dilinə aid builki imtahanlarda istifadə olunmayacaq. Akademik abituriyentləri buna görə narahat olmamağa çağırıb: “Çünki Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yeni qaydalarla verilmiş sözlər yeni nəşr olunacaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə də salınmalıdır. Lüğət nəşr olunandan sonra isə Azərbaycan dilinin Orfoqrafiya Normalarında əks olunan sözlərin yazılış qaydasına həmçinin test imtahanlarında da riayət olunmalıdır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi