DİM qəbul imtahanında iştirak edəcək şəxslərə xəbərdarlıq edib

DİM qəbul imtahanında iştirak edəcək şəxslərə xəbərdarlıq edib Magistratura və rezidenturaya qəbul imtahanında iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər
Elm və təhsil
4 Aprel , 2017 15:36
DİM qəbul imtahanında iştirak edəcək şəxslərə xəbərdarlıq edib
Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ Magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə,“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur. 

"İmtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və “imtahana buraxılış vərəqəsi”ni özünüzlə gətirməyi unutmayın", - deyə, DİM imtahanda iştirak edəcək şəxslərə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi