Yuxarı
    Bağlamaq

    DİM: Dövlət qulluğuna qəbul imtahanında daha 650 nəfər uğur qazanıb

    Bakı. 8 noyabr. REPORT.AZ/ Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb. 

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, bu ilin oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olublar. 

    Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçib (48.8%).

    Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 

    301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2%-i, 58.3%-i, 61.8%-i, 62.9%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

    Bal intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)
    0-100 8 0 0.0
    101-200 77 15 19.5
    201-300 258 93 36.0
    301-400 370 171 46.2
    401-500 350 204 58.3
    501-600 207 128 61.8
    601-700 62 39 62.9
    Yekun: 1332 650 48.8

    Qeyd edək ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 17 nəfər (13.7%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 6 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfərisə ölkənin ali təhsil müəssisələrini bitirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi