Deputat: "Özəlləşdirilməsi qadağan edilən obyektlərin siyahısı daraldılmalıdır"

Deputat: "Özəlləşdirilməsi qadağan edilən obyektlərin siyahısı daraldılmalıdır" Qüdrət Həsənquliyev: "Biz axı universitetləri özəlləşdirə bilərik"
Elm və təhsil
31 Oktyabr , 2017 13:56
Deputat: Özəlləşdirilməsi qadağan edilən obyektlərin siyahısı daraldılmalıdır
Qüdrət Həsənquliyev

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda özəlləşdirilməsi qadağan edilən dövlət obyektlərinin siyahısı daraldılmalıdır.

"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

"Biz axı universitetləri özəlləşdirə bilərik. Birinci hərracda satılmayan müəssisənin dəyəri ikinci hərracda 50%-dən də aşağı salınmalıdır ki, özəlləşmə baş tutsun. İqtisadiyata təkan vermək istəyiriksə, özəlləşdirməni sadələşdirməliyik", - deyə millət vəkili əlavə edib.

MM-in Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli isə deputata cavab olaraq bildirib ki, qanuna əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri istisna olmaqla, digər elmi müəssisələr təyinatı saxlanılmaqla özəlləşdirilə bilər.

Son xəbərlər

Orphus sistemi