Yuxarı

Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərdən 16-sı buraxılış imtahanlarında yüksək nəticə göstərib

Ümumilikdə, 156 nəfər imtahanda iştirak edib

Bakı. 9 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a bildirilib ki, həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər) ümumi qaydada imtahan veriblər. Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən "4" və "5" qiyməti alıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi