Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərdən 16-sı buraxılış imtahanlarında yüksək nəticə göstərib

Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərdən 16-sı buraxılış imtahanlarında yüksək nəticə göstərib Ümumilikdə, 156 nəfər imtahanda iştirak edib
Elm və təhsil
9 İyun , 2015 15:44
Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərdən 16-sı buraxılış imtahanlarında yüksək nəticə göstərib

Bakı. 9 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a bildirilib ki, həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər) ümumi qaydada imtahan veriblər. Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən "4" və "5" qiyməti alıblar. 

Son xəbərlər

Orphus sistemi