Ceyhun Bayramov: "Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq"

Ceyhun Bayramov: "Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq" Ümumi təhsildə təmayülləşmə istiqamətinin aparılması, bu yöndə növbəti tədris ilində 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib.
Elm və təhsil
7 May , 2019 15:46
Ceyhun Bayramov: Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq
Təhsil naziri Ceyhun Bayramov / Report / Firi Salim

"Ümumi təhsildə təmayülləşmə istiqamətinin aparılması, bu yöndə növbəti tədris ilində 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcək.

O qeyd edib ki, texnologiyanın inkişaf etdiyi nəzərə alınaraq 71 məktəbdə 26 min şagirdi əhatə edəcək rəqəmsal bacarıqlar layihəsi həyata keçirilir: "Növbəti tədris ilində layihənin 100 mindən artıq şagirdi əhatə etməsi planlaşdırılır". 

Son xəbərlər

Orphus sistemi