Ceyhun Bayramov: "Buraxılış işinin müdafiəsi onlayn və ənənəvi formada olacaq"

Ceyhun Bayramov: "Buraxılış işinin müdafiəsi onlayn və ənənəvi formada olacaq" Qiymətləndirmə sessiyası həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər.
Elm və təhsil
7 May , 2020 17:37
Ceyhun Bayramov: Buraxılış işinin müdafiəsi onlayn və ənənəvi formada olacaq

"Qiymətləndirmə sessiyası həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 40 minə yaxın tələbənin 80 faizinin yekun attestasiyası əksər hallarda təhsil aldığı müddətdə əldə etdikləri ümumi orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaq: "Narazı qalanlar əvvəlcədən müraciət edərək avqust-sentyabr ayında təşkil olunacaq dövlət imtahanında yenidən iştirak edə biləcəklər. Buraxılış işinin müdafiəsi onlayn və ənənəvi formada olacaq".

Son xəbərlər

Orphus sistemi