Yuxarı
    Bağlamaq

    Ceyhun Bayramov: "Bu ildən orta təhsil səviyyəsində keçiriləcək qəbul imtahanlarında yeni model tətbiq olunacaq"

    Dinlə
    Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlığımız davam edəcək
    © Report/ Firi Salim — Təhsil n­aziri Ceyhun Bayramov

    Bakı. 21 iyun. REPORT.AZ/ "2018-2019-cu tədris ilində tam orta təhsil səviyyəsində keçiriləcək qəbul imtahanlarında yeni model tətbiq olunacaq. Bununla bağlı bir sıra hazırlıqlar görülüb. Növbəti dövrdə də Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlığımız davam edəcək".

    "Report" xəbər verir­ ki, bunu Təhsil Nazi­rliyinin hesabat tədb­irində təhsil naziri ­Ceyhun Bayramov deyib­.

    O bildirib ki, növbəti tədris ili nazirlik üçün xüsusi tədris ilidir: "Tam orta təhsil səviyyəsinin qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin əsas üstünlüyü odur ki, artıq növbəti tədris ilində buraxılış İmtahanının nəticələri nəzərə alınacaq. Həmçinin abituriyentlərin xüsusi qabiliyyətləri yoxlanılacaq. Növbəti tədris ilində qəbul imtahanlarında fənlərin sayı 5-dən 3-ə endiriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi