Yuxarı
    Bağlamaq

    Ceyhun Bayramov: "AXC 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində mühüm işlər görüb"

    Dinlə
    © Report/ Firi Salim

    Bakı. 25 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ali məktəb rektorları, rayon icra hakimiyyətlərinin başçıları, şagirdlər, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

    C.Bayramov bildirib ki, bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Bu tarixin dövlət səviyyəsində qeyd olunması məqsədilə ölkə başçısı sərəncamlar imzalayıb. Buna uyğun olaraq, tariximizin öyrədilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Bu möhtəşəm tədbir də Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən keçirilən xüsusi tədbirlər sırasındadır. AXC-nin yaradılması dövlətçilik ənənələrinin inkişafında müstəsna rol oynayıb. Bu dövrdə dövlət rəmzləri təsdiq olunub, ana dilimiz dövlət dili statusu alıb, qadınlara seçki hüququ verilib. Bu müddət ərzində təhsil müəssisələri birləşdirilib, Azərbaycan dilində təhsil təşkil olunub, hərbi təhsilin əsası qoyulub, xaricə təhsil almaq üçün tələbələr göndərilib, Bakı Dövlət Universiteti yaradılıb. Millətindən, dinindən, siyasi baxışından asılı olmayaraq, bütün vətəndaşlara eyni hüquqlar verilib. AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm əhəmiyyətə malik işlər görülüb".

    Tədbir gənclərə Cümhuriyyət tarixini mənimsətmək, xüsusi istedada malik məktəbliləri ictimaiyyətə tanıtmaq məqsədilə təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi