Yuxarı

​Cəlilabad rayonunda Sasanilər dövrünə aid pullar tapılıb

Sözugedən pullar Bizans hökmdarı II Feodosi dövründə istifadə edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Cəlilabad rayonu Şatırlı kəndində təsərrüfat işləri zamanı VII-VIII əsrlərə aid gümüş pullar tapılıb.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, Şatırlı kənd tam orta məktəbin tarix müəllimi Elşad Əmənov AzərTAc-a verdiyi məlumatda bu pulların Sasani şahlarına aid olduğunu deyib. O bildirib ki, bu ərazidə digər arxeoloji tapıntılara rast gəlinsə də gümüş pullar ilk dəfədir üzə çıxır.

Tarix müəllimi onu da qeyd edib ki, bu pulların oxşarlarından Bizans hökmdarı II Feodosi dövründə də istifadə edilib. Tapılan sikkələr Avropa ilə ticarət marşrutlarının bu ərazilərdən keçdiyini göstərir. Tarixçinin sözlərinə görə, bu pullardan yerli sakinlər də ticarət zamanı istifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi