​Cəlilabad rayonunda Sasanilər dövrünə aid pullar tapılıb

​Cəlilabad rayonunda Sasanilər dövrünə aid pullar tapılıb Sözugedən pullar Bizans hökmdarı II Feodosi dövründə istifadə edilib
Elm və təhsil
27 Dekabr , 2014 20:20
​Cəlilabad rayonunda Sasanilər dövrünə aid pullar tapılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Cəlilabad rayonu Şatırlı kəndində təsərrüfat işləri zamanı VII-VIII əsrlərə aid gümüş pullar tapılıb.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, Şatırlı kənd tam orta məktəbin tarix müəllimi Elşad Əmənov AzərTAc-a verdiyi məlumatda bu pulların Sasani şahlarına aid olduğunu deyib. O bildirib ki, bu ərazidə digər arxeoloji tapıntılara rast gəlinsə də gümüş pullar ilk dəfədir üzə çıxır.

Tarix müəllimi onu da qeyd edib ki, bu pulların oxşarlarından Bizans hökmdarı II Feodosi dövründə də istifadə edilib. Tapılan sikkələr Avropa ilə ticarət marşrutlarının bu ərazilərdən keçdiyini göstərir. Tarixçinin sözlərinə görə, bu pullardan yerli sakinlər də ticarət zamanı istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi