Yuxarı

Cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt olunacaq - FOTO

​Ağdamda mərmi düşən orta məktəb binaları bərpa edilir

Bakı. 11 may. REPORT.AZ/  Aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlar zamanı Ağdam rayonunda ziyan dəymiş orta məktəb binaları yenidən bərpa olunur. Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanov bildirib. 

O qeyd edib ki, dağılan məktəblərdə dərslər dayandırılıb: "Ermənilərin ağır artilleriya qurğularından atdığı mərmilər rayonun dörd orta məktəb binasına ciddi ziyan vurub. Rayonun Sarıcalı, Ayaq Qərvənd kənd orta məktəbləri tamamilə dağılıb, digər iki məktəb binası isə qəzalı vəziyyətə düşüb. Məktəblərin daha çox dam örtüyünə ziyan dəyib. Hazırda həmin məktəblərdə dərslər dayandırılıb, şagirdlərin bir hissəsi digər kənd orta məktəblərinə köçürülüb".

Təhsil Şöbəsinin müdiri əlavə edib ki, cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt edilməsi nəzərdə tutulub: "Buraxılış imtahanları zamanı 9-10-cu sinif şagirdlərinə güzəşt olacaq. Həmin şagirdlərin buraxılış imtahanları onların ilk qiymətləri əsasında yazılacaq. Artıq bununla bağlı Təhsil Nazirliyinə müraciət olunub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi