Yuxarı

Cəbhədəki gərginlik nəticəsində tədrisin dayandırıldığı məktəblərin adları açıqlanıb - SİYAHI

Təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrdə yaranan gərginlik nəticəsində tədris dayandırılan məktəblərin adları açıqlanıb. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Goranboy rayonunun Tap, Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində, Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədilə tədris müvəqqəti dayandırılıb: "Təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi