Yuxarı
    Bağlamaq

    Builki Azərbaycan Beynəlxalq Təhsil sərgisində 12 ölkə iştirak edəcək

    Dinlə
    © Report/ Elchin Murad

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək.

    "Report"un məlumatına görə görə, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edəcək.

    Bununla bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sərgidə nazirlik geniş pavilyonda təmsil olunacaq: "Azərbaycanın 18 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil”, “Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim ediləcək".

    Qeyd olunub ki, sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatları və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

    Bundan başqa, təhsil sərgisi ilə paralel 12-ci Beynəlxalq Karyera sərgisi də təşkil olunacaq. Sərginin əsas məqsədi işəgötürən və iş axtaran arasında görüşün təşkilidir.

    Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi