Bu il korrupsiya cinayətlərinə görə 184 şəxs barəsində 115 cinayət işi məhkəmələrə göndərilib

Bu il korrupsiya cinayətlərinə görə 184 şəxs barəsində 115 cinayət işi məhkəmələrə göndərilib Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında isə 5 cinayət işi başlanıb.
Elm və təhsil
25 İyul , 2018 10:02
Bu il korrupsiya cinayətlərinə görə 184 şəxs barəsində 115 cinayət işi məhkəmələrə göndərilib
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ "Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında isə 5 cinayət işi başlanıb".

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, cari ilin I yarımili ərzində Baş İdarədə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib

K.Əliyev qeyd edib ki, həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israfetmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktivrüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub. 

Son xəbərlər

Orphus sistemi