​Bu il "ADA" Universitetində 103 xarici tələbə təhsil alacaq

​Bu il "ADA" Universitetində 103 xarici tələbə təhsil alacaq Onlardan 52 nəfəri Azərbaycan Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi Əlimərdan bəy Topçubaşov təqaüdünü qazanıb
Elm və təhsil
27 Avqust , 2015 20:07
​Bu il ADA Universitetində 103 xarici tələbə təhsil alacaq

Bakı. 27 avqust. REPORT.AZ/ "ADA" Universitetində bu tədris ilində bakalavr və magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq.

"ADA"dan "Report"a verilən məlumata görə, onların arasından 52 xarici tələbə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən Əlimərdan bəy Topçubaşov təqaüdünü qazanıb, 8 nəfər isə "ADA" Universitetinin beynəlxalq tərəfdaşları olan universitetlərdən, o cümlədən Böyük Britaniyanın Glasgow Universiteti, Fransanın İESEG Menecment Məktəbi, Cənubi Koreyanın Hankuk Universiteti, ABŞ-ın Miçiqan Universiteti və Türkiyənin Giresun Universitetindən mübadilə tələbələridir.

Son xəbərlər

Orphus sistemi