Yuxarı
    Bağlamaq

    Bu gündən magistraturaya sənəd qəbulu başlayıb

    2 saylı Magistr jurnalı bu gün işıq üzü görəcək

    Bakı. 10 mart. REPORT.AZ/ Bu gündən magistraturaya sənəd qəbulu başlayıb.

    Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul elan edilib.

    Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc ediləcək.

    Qeyd edək ki, 2 saylı "Magistr" jurnalı bu gün satışda olacaq. Jurnalda tələb olunan sənədlər və digər bütün zəruri məlumatlar təqdim olunacaq. Həmçinin, mərkəzin internet saytında ətraflı məlumat veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi