Bu gündən kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayır

Bu gündən kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayır Qeydiyyatdan keçən abituriyentlər TQDK-nın keçirdiyi qəbul imtahanında iştirak edirlər
Elm və təhsil
20 May , 2016 11:23
Bu gündən kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayır

Bakı. 20 may. REPORT.AZ/ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayır.

Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. 

Məluamta görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20‑dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər TQDK-nın keçirdiyi qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilən cədvəl üzrə iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər.

TQDK-dan bildirilib ki, bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər.

İxtisas seçimi zamanı abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Son xəbərlər

Orphus sistemi