Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb

Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb Monitorinq hər il davam etdiriləcək
Elm və təhsil
1 Noyabr , 2016 10:43
Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 2015/16-cı tədris ili üçün məzun monitorinqi aparılıb.

UNEC-in Marketinq və Kommunikasıya Departamentindən  "Report"a bildirilib ki, monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 53%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 22% magistraturaya qəbul olunub, 7% isə hərbi xidmətdədir. Beləliklə, kifayət qədər yüksək olan 82% göstərici əldə olunub.

Monitorinq zamanı məzunlardan 7%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub.

Məzunların işlədiyi şirkət və təşkilatlar arasında Azercell Telecom MMC, Samsung Electronics Caucasus LLC, Ateshgah Insurance Co, Ernst and Young Holdings, SOCAR, Bank of Baku, Bakı Fond Birjasi var. Məzunlar təhsillərini Middle East Technical University (ODTÜ), Eberhard Karls University of Tubingen, University of Applied Sciences, Budapest Business School, International School of Economics at Tbilisi State University kimi nüfuzlu universitetlərdə davam etdirirlər.

Monitorinq hər il davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi