Yuxarı
    Bağlamaq

    BANM və Moskva Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

    Moskva Fiziki-Texniki İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina Bakı Ali Neft Məktəbində olub

    Bakı. 20 noyabr. REPORT.AZ/ Moskva Fiziki-Texniki İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin əsas məqsədinin neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanması olduğunu deyib. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu vurğulayıb və tədrisin ingilis dilində aparıldığını diqqətə çatdırıb: "BANM-də tədris Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. Fənlər üzrə yekun imtahan nəticələri Heriot-Vatt Universitetinin professorları tərəfindən qiymətləndirilir. Tələbələr SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric, Halliburton, Statoil kimi bir sıra transmilli şirkətlərdə istehsalat təcrübəsi keçir. Bu səbəbdən BANM Moskva Fiziki-Texniki İnstitutu ilə əməkdaşlıqda maraqlıdır".

    Azərbaycanda ilk dəfə olduğunu deyən Moskva Fiziki-Texniki İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərlərarası Forumunda iştirak etmək üçün səfərə gəldiyini deyib. O, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət sahələri haqqında geniş məlumat verərək birgə proqramların və layihələrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı fikirlərini bölüşüb. A.Derevnina BANM-in rəhbərliyini təmsil etdiyi ali təhsil müəssisəsinə dəvət edib.

    Görüşdə eyni zamanda, əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq, müəllim və tələbə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi