Yuxarı
    Bağlamaq

    BANM və Dövlət Agentliyi əməkdaşlıq haqqında razılaşma imzalayıb

    Bərpaolunan və alternativ enerji məsələlərinə həsr olunan seminar və konfransların birgə təşkili və digər məsələlər haqqında razılıq əldə olunub

    Bakı. 22 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Azərbaycanda səfərdə olan ABŞ-ın Bərpaolunan Enerji Şurasının Tərəfdaşlarla əlaqələr üzrə vitse-prezidenti Tom Veyrix, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat sektorunun nümayəndəsi Syed Zeenat, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

    Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin strukturunda Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin yaradıldığını xatırladaraq BANM-də mütəxəssis hazırlığının planlaşdırıldığı “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə universal mühəndis kadrların yetişdirilməsinin nəzərdə tutulduğunu bildirib. Rektor BANM ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında qurulan əməkdaşlığın bərpaolunan və alternativ enerji mühəndisliyi sahəsində müasir təhsil proqramı əsasında yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasına və “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyinə əminlik ifadə edib.

    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycanın ən qabaqcıl təhsil ocağı sayılan BANM-lə əməkdaşlıqdan məmnunluğunu bildirib. O, yaradılan əməkdaşlığın BANM-in kampusunda Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə mühəndis kadrların hazırlanması layihəsinə və bu istiqamətdə digər işlərin həyata keçirilməsinə geniş imkanlar yaradacağını bildirib.

    ABŞ-ın Bərpaolunan Enerji Şurasının Tərəfdaşlarla əlaqələr üzrə vitse-prezidenti Tom Veyrix Azərbaycanda və ölkənin ən nüfuzlu ali təhsil ocağı olan BANM-də olmasından məmnunluğunu bildirib. T.Vayrix ABŞ-ın Bərpaolunan Enerji Şurasında 10 ildən artıq çalışdığını diqqətə çatdırıb. BANM-də Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasını və bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib.

    Sonra Bakı Ali Neft Məktəbi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

    Razılaşmaya əsasən, tərəflər arasında BANM-in tələbələri üçün agentliyin tabeliyində olan obyektlərə tanışlıq səfərlərinin təşkili, istehsalat təcrübələrinin təşkilinə şəraitin yaradılması, bərpaolunan və alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, Agentliyin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına bərpaolunan və alternativ enerji ilə bağlı məruzələrin təqdim edilməsi, bərpaolunan və alternativ enerji məsələlərinə həsr olunmuş seminar və konfransların birgə təşkili və digər məsələlər haqqında razılıq əldə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi