Yuxarı

Hindistan səfiri: “BANM tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir”

BANM tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından b

Bakı Ali Neft Məktəbində (BANM) Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüş keçirilib.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

İlk olaraq BANM-in kampusu, laboratoriyaları, tədris otaqları, konfrans və idman zalları ilə tanışlıq olub. Qonağa Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurları barədə ətraflı məlumat verilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də təhsilə cəlb olunması kimi məsələlər müzakirə olunub.

BANM-in Tədris və elmi işlər üzrə prorektoru Ali Məktəbin fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi rol oynadığını və yarandığı gündən etibarən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan prorektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyünü bildirib.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna qonaqpərvərliyə və görüşə görə öz təşəkkürünü bildirib, səslənən təklifləri yüksək dəyərləndirərək hindistanlı gənclərin BANM-də təhsil alması üçün dəstəyə hazır olduqlarını qeyd edib.

“Bakıda və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinə səfərlər etmişik. Biz son zamanlar Azərbaycan təhsil sistemində modernləşmə meyllərini hiss edirik. Bakı Ali Neft Məktəbi də istər tədris sistemi ilə, istərsə də infrastrukturu ilə Azərbaycanın ən müasir təhsil ocaqlarından biridir. Xüsusilə, burada diqqətimizi təhsillə iş imkanlarının uyğunlaşdırılması çəkdi. Hər il Hindistanda 70 milyon məzun buraxılışı həyata keçirilir. Gənclər hər yerdə yüksək təhsil və iş imkanlarını nəzərdən keçirilər. Bu baxımdan təmsil etidiyiniz universitetlə əməkdaşlıq üçün bütün zəruri dəstəyi göstərməyə hazırıq”, - səfir qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi