Yuxarı
    Bağlamaq

    BANM-in professoru beynəlxalq konfransda çıxış edib

    Fuad Vəliyev “Mənfi təzyiq effekti əsasında neftçıxarma sistemlərində enerji qoruyucu texnologiyalar“ mövzusunda məruzə ilə çıxış edib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən IV beynəlxalq enerji texnologiyaları konfransında iştirak edib.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Konfransın plenar iclasında BANM-in professoru “Mənfi təzyiq effekti əsasında neftçıxarma sistemlərində enerji qoruyucu texnologiyalar“ mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təqdim olunan nəticələr konfrans iştirakşılarının böyük marağına səbəb olub.

    F.Vəliyev, eyni zamanda təmsil etdiyi Ali Məktəb haqqında konfrans iştirakçılarına məlumat verib. Onun ümumilikdə, Azərbaycan haqqında, o cümlədən BANM-in tarixi, fəaliyyəti və inkişaf istiqamətləri haqqında verdiyi məlumatlar maraqla qarşılanıb. Azərbaycana böyük maraq göstərən ayrı-ayrı universitetlərin nümayəndələri Ali Məktəblə elm və tədris sahəsində əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi