BANM-ın müəllimi “Tərəqqi” medalı ilə təltif edilib

BANM-ın müəllimi “Tərəqqi” medalı ilə təltif edilib Bakı. 7 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova dövlət başçısının martın 6-da imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif edilib.
Elm və təhsil
7 Mart , 2018 14:56
BANM-ın müəllimi “Tərəqqi” medalı ilə təltif edilib

Bakı. 7 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova dövlət başçısının martın 6-da imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif edilib.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-ın rektoru Elmar Qasımov Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova ilə görüşərək onu ürəkdən təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib və daha yüksək uğurlar qazanmağı arzu edib.

Qeyd edək ki, X.Cəfərova 20-dən çox elmi işin və ingilis dilində təhsil alan tələbələr üçün “Mathematics-1” (“Riyaziyyat-1”) adlı dərs vəsaitinin müəllifidir. Bundan əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən Fəxri fərmanla təltif olunub. X.Cəfərovaya həmçinin pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən də Fəxri fərman verilib.

Son xəbərlər

Orphus sistemi