BANM-in 5 tələbəsi Yunanıstanda təhsil alacaq

BANM-in 5 tələbəsi Yunanıstanda təhsil alacaq Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) davam etdirəcəklər.
Elm və təhsil
21 Fevral , 2018 10:26
BANM-in 5 tələbəsi Yunanıstanda təhsil alacaq
BANM

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) davam etdirəcəklər.

Bu barədə "Report"a BANM-dən məlumat verilib.

Bildirilib ki, Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 5 tələbəsinin Yunanıstana göndərilməsi barədə qərar qəbul edilib. 

Ali Məktəbin rektoru Elmar Qasımov həmin tələbələrlə görüşüb. Görüşdə həmçinin tələbələrin valideynləri və yaxınları da iştirak ediblər.

Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərmiş olacaq.

Görüşdə valideynlər tələbələr üçün göstərdiyi diqqət və qayğı, eyni zamanda onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sonuncu kurs tələbələri olan Məmməd Cəbrayılov, Rəhim Rəhimli, Şamil Ömərov və Qulu Quluyev elmi yaradıcılıq və tədqiqat fəaliyyətlərini, BANM-ın "Əşyaların interneti" adlı laboratoriyasında gördüyü işləri, akademik göstəriciləri və sosial fəallığını nəzərə alaraq seçiliblər və buraxılış işlərini Pirey Tətbiqi Elmlər Universitetində bitirmək şansı əldə ediblər. Digər bir tələbə - üçüncü kursda təhsil alan Nicat Həsənov isə bir semstrlik BANM-da keçəcəyi fənnlərinin eynisini PUAS-da keçəcək.   

Son xəbərlər

Orphus sistemi