BANM-də II Elm Festivalı çərçivəsində tədbir həyata keçirilib

BANM-də II Elm Festivalı çərçivəsində tədbir həyata keçirilib Ali Məktəbin əməkdaşlarının və tələbələrin əl işlərindən ibarət kiçik bir sərgi təşkil olunub
Elm və təhsil
1 Noyabr , 2016 10:57
BANM-də II Elm Festivalı çərçivəsində tədbir həyata keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirilib. 

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rektor Elmar Qasımov ulu öndər Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışaraq prezident İlham Əliyevin də hər zaman elmin və elm adamlarının yanında olduğunu xatırladıb və qeyd edib ki, bu festival elmin inkişafına böyük təkan verəcək.

Tədbir çərçivəsində BANM-in professoru Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-nin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov, BANM-in fəlsəfə doktoru Sənan Eminov və “Kimya Mühəndisliyi” ixtisasının V kurs tələbəsi, “İlin gənc tədqiqatçısı” müsabiqəsinin qalibi Nicat Qasımov çıxış ediblər. Ali Məktəbin əməkdaşlarının və tələbələrin əl işlərindən ibarət kiçik sərgi dətəşkil olunub

Qeyd edək ki, oktyabrın 31-i başlayan elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb olunması məqsədilə reallaşdırılan “II Azərbaycan Elm Festivalı” 5 noyabr 2016-cı il tarixinə kimi Respublikanın Naxçıvan, Şəki, Sumqayıt və Gəncə kimi bölgələrində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi