Yuxarı
    Bağlamaq

    BANM-də “Daxili dünyam" layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib

    Layihə iştrakçıları sertifikatla mükafatlandırılıblar

    Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “Daxili dünyam" adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Prezident yanında Bilik Fondu, Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.

    Tədbirdə Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BANM-in rəhbərliyi və layihədə iştirak edən tələbə-gənclər iştirak ediblər.

    BANM-in rektoru Elmar Qasımov Pakizə Paşayevanı təbrik edib və bu cür layihələrin sayəsində gənclərin özünü ifadə və təsdiq etmək üçün gözəl imkanlar yarandığını deyib: "BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün öz təşəbbüslərini irəli sürürlər, müstəqil şəkildə icra edirlər və Gənclər Fondu onların ideyalarını, təkliflərini gerçəkləşdirmək üçün şərait yaradır. Bu gün ölkəmizin gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib”.

    Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev bildirib ki, Fond daim yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan yaradır: "BANM-in tələbələri Gənclər Fondunun layihələrində aktiv iştirak edib qalib gəlirlər. Bu, bir daha sübut edir ki, rektor Elmar Qasımovun başçılıq etdiyi ali təhsil ocağı yüksək səviyyəli mütəxəssislər yetişdirir”.

    “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə layihə haqqında söz açaraq gənclərin öz bilik və bacarıqlarını, potensialını effektli reallaşdırmasından, cəmiyyətdə layiqli yer tutmasından danışıb.

    Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək keçirilən təlimlərdən danışıb: "Layihə çərçivəsində film çəkilib və layihə iştirakçılarının daxili aləmi, fikir və düşüncələrini özündə əks etdirən kitab dərc olunub".

    Sonda “Daxili dünyam” layihəsinin iştrakçıları sertifikatla mükafatlandırılıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi