BANM-da III Avrasiya konfransı keçiriləcək

BANM-da III Avrasiya konfransı keçiriləcək Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək.
Elm və təhsil
10 Oktyabr , 2018 11:06
BANM-da III Avrasiya konfransı keçiriləcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək.

BANM-dən "Report"a verilən məlumata görə, oktyabrın 18-dən 20-dək davam edəcək tədbir Ali Məktəbin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar, tələb və təklif troblemi, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi, ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə, innovasiyalar və sənayenin inkişafı kimi mövzulara toxunulacaq.

Konfransda nüfüzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-nin və digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi