Yuxarı

BANM ali məktəblər üzrə media reytinqdə ikinci olub

BANM ali məktəblər üzrə media reytinqdə ikinci olub 671
© BANM
Dinlə

Bakı. 11 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) “Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən, aprel ayı üzrə ali təhsil müəssisələri arasında ikinci yeri tutub. 

BANM-dən "Report"a verilən məlumata görə, Ali Məktəbin aprel ayı üzrə media aktivliyi 904 olub.

Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 on-line media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.

Qeyd edək ki, ali təhsil müəssisələri üzrə media aktivlik mediaya daxil olan məlumatların kəmiyyət, keyfiyyət və məzmun üzrə təhlili nəticəsində hesablanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi