Yuxarı
    Bağlamaq

    Bakının iki rayonu üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

    Bakı. 20 dekabr. REPORT.AZ/ Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, dekabrın 22-də baş tutacaq səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

    Bakıdakı 195 nömrəli tam orta məktəbdə (Ünvan: Qobustan qəsəbəsi, Axundov küçəsi 2) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

    Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi