Bakının iki rayonu üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Bakının iki rayonu üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək Bakı. 20 dekabr. REPORT.AZ/ Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Elm və təhsil
20 Dekabr , 2017 14:07
Bakının iki rayonu üzrə  müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, dekabrın 22-də baş tutacaq səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 195 nömrəli tam orta məktəbdə (Ünvan: Qobustan qəsəbəsi, Axundov küçəsi 2) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi