Yuxarı
    Bağlamaq

    AMEA Böyük Vətən müharibəsinin qələbəsinin 70 illik yubileyi münasibətilə tədbirlər keçirəcək

    Bakıda “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans düzənlənəcək

    Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

    AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda konfrans keçirməyi planlaşdırır.

    AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə qərar qəbul olunub. Qərara əsasən, bu il mayın 5-də Respublika Veteranlar Şurası ilə birlikdə “Böyük Vətən müharibəsinin qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu məqsədlə müvafiq komissiya yaradılıb.

    Tədbirlər planına uyğun olaraq Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantı nəşr ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi