AMEA Böyük Vətən müharibəsinin qələbəsinin 70 illik yubileyi münasibətilə tədbirlər keçirəcək

AMEA Böyük Vətən müharibəsinin qələbəsinin 70 illik yubileyi münasibətilə tədbirlər keçirəcək Bakıda “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans düzənlənəcək
Elm və təhsil
12 Fevral , 2015 20:24
AMEA Böyük Vətən müharibəsinin qələbəsinin 70 illik yubileyi münasibətilə tədbirlər keçirəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda konfrans keçirməyi planlaşdırır.

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə qərar qəbul olunub. Qərara əsasən, bu il mayın 5-də Respublika Veteranlar Şurası ilə birlikdə “Böyük Vətən müharibəsinin qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu məqsədlə müvafiq komissiya yaradılıb.

Tədbirlər planına uyğun olaraq Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantı nəşr ediləcək.

Son xəbərlər

Orphus sistemi