Bakıda beynəlxalq şagird konfransı keçiriləcək

Bakıda beynəlxalq şagird konfransı keçiriləcək Konfrans "Multikulturalizm ili"nə həsr olunub
Elm və təhsil
19 Sentyabr , 2016 10:25
Bakıda beynəlxalq şagird konfransı keçiriləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Bir günəşin zərrəsiyik” mövzusunda II Beynəlxalq Şagird Konfransı keçirəcək.

"Report" xəbər veiir ki, “Multikulturalizm ili”nə həsr olunan konfrans dekabr ayında baş tutacaq.

Konfransda iştirak etmək istəyən məktəblilər noyabrın 20-dək məqalələrini Bilik Fonduna təqdim edə bilərlər. Dil və ədəbiyyat, mədəniyyət və incəsənət, tarix və etnoqrafiya, coğrafiya bölmələri üzrə məqalələr qəbul edilir.

Son xəbərlər

Orphus sistemi