Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. İdarənin İctamiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər qurumun müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.
İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
Fürsəti dəyərləndirmək istəyən gənclər tərcümeyi-halını [email protected] ünvanına göndərə bilərlər.
Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcək.
Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)
Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etmək xahiş edilir:
İnsan resursları sektoru
İctimaiyyətlə əlaqələr sektoru
Ümumi təhsil sektoru
Məktəbdənkənar fəaliyyətin təşkili sektoru
İnformasiya təminatı sektoru
Ümumi sektor
Təminat və təchizat sektoru
Maliyyə və mühasibatlıq sektoru
İnkişaf layihələri sektoru.